SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mən Azərbaycanda seks inqilabının başlanğıcını qoydum" deyən feminist Aysel Ələkbərzadə seks işçilərinin problemini gündəmə gətirib.

BAKU.WS xəbər verir ki, seks işçilərinin karantin rejimində işləyə bilmədiklərini qeyd edən Ələkbərzadə onların pulsuz qaldığını ictimaiyyətin diqqətinə çatdırıb: 
"Ölkəmizdə seks isçilərinin vəziyyət bərbaddır. 90% seks işçisi bunu sənət kimi yox, dolanmaq üçün məcburiyyətdən edir. Hazırda korona deyilən bəlaya görə hamımız əziyyət çəkirik, seks isçiləri isə bizdən daha çox əziyyət çəkir. Yeganə gəlir mənbələri qeyri-müəyyən zamana qədər bağlanıb.

Deyə bilərsiniz ki, qazandıqlarını indi xərcləsinlər. Amma elə deyil, seks işçilərinin hamısı eyni səviyyədə qazanmır. Həftələrlə bu işi görüb 100-200 manatı zorla qazananlar var ki, onlar bu günlər üçün necə pul yığa bilərdilər?
Sizdən onlara kömək istəmirəm, sadəcə deyirəm ki, bu ölkədə siz istəsəniz də, istəməsəniz də, seks xidməti deyilen bir sektor var. Zatən onlar üzə çıxıb, "Mən seks işçisiyəm, pis vəziyyətdəyəm, kömək edin", deyəsi deyillər".

Xatırladaq ki, Aysel Ələkbərzadə feministlərin "8 Marş" yürüşündə qalmaqallı plakatı ilə məşhurlaşmışdı. Daha sonra isə intihara cəhdi ilə bir müddət gündəmi zəbt etmişdir.

Aysel
BAKU.WS