SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Əfsanəvi LC 200-ün yenilənmiş modelinin təqdimatı "Hilton” otelində baş tutdu.

Dekabrın 3-ü Hilton otelində keçirilən möhtəşəm bir tədbirlə yadda qaldı. Toyota yeni Land Cruiser 200 modelini azərbaycanlı müştərilərinə görkəmli şəkildə təqdim etdi.  

 


 

Toyota Bakı Mərkəzinin satış üzrə direktoru Şamil Rüstəmov tədbir iştirakçılarını salamladı və öz çıxışında bildirdi ki, Land Cruiser 200 modeli tək Azərbaycanda yox, bütün dünyada öz seqmetində ən yüksək rəqəmlərlə satılan avtomobillərdəndir. O, hətta bildirdi ki, ölkəmizdə Land Cruiser 200 modeli üçün artıq ilk sifarişlər qəbul edilib. Daha sonra yeni modeldə gözə çarpan yenilikləri sıraladı və qeyd etdi ki, avtomobil haqqında daha ətraflı məlumatı Toyota Bakı Mərkəzindən və ya www.toyota.az saytından əldə edə bilərlər.

Yeni Land Cruiser 200 modelinin bəzi keyfiyyətlərini sizin nəzərinizə çatdırmaq istəyirik.  

 


 

Keyfiyyət, davamlılıq və etibarlılığı özündə mükəmməl şəkildə birləşdirən yeni Toyota LC 200 modeli bir çox xüsusiyyəti ilə öz sinfində seçilir. Ən son yeniliklərlə təchiz edilmiş mükəmməl interyeri sayəsində özünüzü həm rahat, həm təhlükəsiz hiss edəcəksiniz. 

LC 200 sevərlər iştirak etdikləri tədbirlərdə onun möhtəşəm yeniliklərlə dizayn edilmiş interyer və eksteryerinə heyran qaldılar. Yeni model ön tərəfdəki dəmir qoruyucusu, ön və arxa lampaların quruluşu ilə insanlara daha aqressiv, dözümlü və inamlı görünüş bəxş etdi. 

 


 

Ön paneldə ən mühüm dəyişiklik kimi mərkəzdəki 9 düym tamrəngli sensor ekranlı monitor və mərkəzi paneldəki simsiz telefon adapteri nəzərə çarpır. Cihaz paneli 4,2 düymlük multi-informasiya displeyi əlavə edilərək yenidən dizayn edilmişdir.

Avtomobilin ön baxış sistemi 4 video kamera ilə əhatə olunub ki, bu da yolsuzluq şəraitində əvəzedilməz bir yenilikdir. Dağa qalxdığınız zaman geniş bucaqlı kamera təkər altına nəzarət etmək üçün çox əlverişlidir.