SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabunçu qəsəbəsinin Nardaran qəsəbəsində kənd ağsaqqalları ilə rayon rəhbərliyi arasında danışıqlara başlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə kənd ağsaqqalı Hacı Tağı məlumat verib. Məlumata görə, kənd ağsaqqalları ilə rayon icra hakimiyyəti nümayəndələri arasında danışıqlar başlayıb. Görüşdə Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov, Hacı İlqar və başqaları da iştirak edir. Məlumata görə, sakinlərin asayişə riəyyət etmələri xahiş olunub.

Hacı Tağının sözlərinə görə, ümumilikdə kənd sakinləri ilə hələ ki, ümumi məxrəcə gəlinməyib: "Sakinlər həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər".

Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov bildirib ki, aparılan danışıqlarda tərəflər arasında ümumi razılığa gəlinməyib: "Kənd ağsaqqalları hadisə nəticəsində öldürülən kənd sakinlərinin meytlərini tələb ediblər. Sabunçu Rayon Prokurorluğu isə hələlik həlak olanların meyitlərini ailələrinə təhvil verməyib. Kənd ağsaqqalları bununla bağlı Sabunçu Rayon Prokurorluğuna xəbər göndərib ki, meyitlər təhvil verilməyənə qədər kənd sakinləri heç bir danışıqlara getməyəcək".
 
BAKU.WS