055 213 76 73
Ermənistan qoşunları humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Daşkəsən rayonuna hücum edib.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, nəticədə meşə yanğını başlayıb:
"Fövqəladə hallar xidməti yanğının qarşısının alınması və Ermənistanın ekoloji terrorunun fəsadlarının azaldılması üçün işlər aparır. Xoşbəxtlikdən mülki şəxslər arasında itkilər qeydə alınmayıb".
In blatant violation of humanitarian ceasefire Armenian armed forces attacked Dashkasan region of Azerbaijan. Forest fire erupted. Emergency services are in operation to extinguish fire and minimise Armenia's environmental terror. Luckily no casualties among civilians. pic.twitter.com/JmXzKxE0hP
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 26, 2020