SİZİN REKLAM BURADA!
055 213 76 73


Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin barəsində seçilən həbs qətimkan dəyişdirilməsi barədə müdafiəçilərin verdiyi vəsatətə baxılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hakim Şəhla Süleymanovanın sədrlik etdiyi iclasda qərar qəbul edilib.

Qərara əsasən, vəsatət təmin edilib və onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Həmçinin və Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev barəsində də qərar verilib. Qərara əsasən, vəsatət təmin edilib və İ.Əliyev də ev dustaqlığına buraxılıb.

BAKU.WS