SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Müdafiə naziri, general polkovnik Zakir Həsənov Rusiya paytaxtına səfərə gəlib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, səfərin məqsədi MDB və Şanxay əməkdaşlıq təşkilatı müdafiə nazirləri Şurasının iclasında iştirak etməkdir.

Sentyabrın 5-də isə Azərbaycan Müdafiə naziri "Tank biatlonu" Ordu Idman oyunlarının final mərhələsini izləyəcək.

Qeyd edək ki, MDB və Şanxay əməkdaşlıq təşkilatı müdafiə nazirləri Şurasının iclası Moskva vilayətinin Kubinka rayonunda yerləşən "Park Patriot" mərkəzində baş tutacaq. Eyni gündə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdafiə nazirləri Şurasının iclası keçiriləcək.

BAKU.WS