SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasındakı yanğın artıq söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Qeyd olunur ki, yanğın binanın bir otağında başlamışdı. Yanğının səbəbləri araşdırılır.

***11:45

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsi yanır.

Nazirliyin əməkdaşları binadan təxliyə olunub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.

Hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb.

BAKU.WS