SİZİN REKLAM BURADA!
055 213 76 73


 
59 yaşlı keçmiş model, aktrisa Cerri Holl və dünyanın ən varlı adamları siyahısında olan 85 yaşlı media imperatoru Rupert Murdoçun toy mərasimi keçirilib.
 
BAKU.WS xarici KİV-ə istinadən məlumat verir ki, toydan ilk fotoları aktrisa Instagram hesabında paylaşıb. Cütlüyün toy fotosunda 10 övladı da yer alıb. Məşhur cütlüyün fotolarını tanınmış fotoqraf David Bailey çəkib.
 
Qeyd edək ki, bu, Murdoçun 4-cü, Cerrinin isə ilk evliliyi sayılır. Cerri 1992-ci ildə müğənni Mik Caqqerlə ailə qursa da, bu toy hindu qaydalarına uyğun keçirildiyinə görə qanuni hesab edilmir. Cerrinin Mikdən 4 övladı, Rupertin isə ilk üç evliliyindən 6 övladı doğulub.
 
BAKU.WS