SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanında islahatlar davam edir.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Kral Salmanın təlimatı ilə şallaq cəzasının yerinə həbs və pul cəzası tətbiq ediləcək.

Qərarın işləmə mexanizminə isə birbaşa vəliəhd Şahzadə Məhəmməd bin Salman nəzarət edəcək.

Qeyd edək ki, son illərdə S.Ərəbistanında hüquqların müdafiəsi sahəsində dəyişikliklər edilməsi üçün beynəlxalq təşkilatlar tərəfindən təzyiqlər edilirdi. Məhəmməd bin Salman da bir sıra sahələrdə islahatlar etməyə başlayıb.

BAKU.WS