SİZİN REKLAM BURADA!
055 213 76 73


Əfqanıstanın "Ariana" Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, sərnişin təyyarəsi Qazni şəhərində qəzaya uğrayıb.

Yerli mətbuat təyyarədə 83 nəfərin olduğunu yazır.

Əfqanıstanın Qəndəhar şəhərindən Kabil şəhərinə yollanan "Ariana" Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazni vilayətinin Deh Yak bölgəsindəki dağlıq əraziyə düşüb.

Xilasetmə qrupları hadisə yerinə göndərilib, qəzanın səbəbi hələlik məlum deyil.

BAKU.WS