VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tehrandan Kiyevə uçan Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" təyyarəsinin enməli olduğu "Borispol" hava limanından ürəkdağlayan görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, "Boeing 737"nin Tehranda qəzaya uğramasını öyrəndikdən sonra təyyarədə olan sərnişin və ekipaj üzvünün yaxınları göz yaşlarını saxlaya bilməyiblər.

Qeyd edək ki, Kiyevə uçan Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" təyyarəsi yanvarın 8-də səhər tezdən Tehran hava limanından havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Təyyarədə olan İran, Kanada, Ukrayna, İsveç, Əfqanıstan, Almaniya və Böyük Britaniya vətəndaşlarından ibarət 167 sərnişin və 9 ekipaj üzvünün hamısı həyatını itirib.

BAKU.WS
VİDEO