SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərişıq" ASC dekabr ayının 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək.

Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, artıq bununla əlaqədar texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, mal-materiallar ayrılıb.

Əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. Həmçinin secki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq.

BAKU.WS