SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bakı gəmiqayırma zavodunu Azərbaycan özü sifarişlərlə təmin edəcək.”

BAKU.WS-in məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan ilk neft tankerinin istismara verilməsi və “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində deyib.

“Ancaq çalışın, qonşu ölkələrə də bu xidmətləri göstərə bilək ki, daha çox pul qazanaq”, - Prezident bildirib.

Dövlət başçısı həmçinin əlavə edib ki, indi Azərbaycan Xəzərdə ən böyük donanmaya malik ölkədir. 

"Biz indi Xəzərdə ən böyük donanmaya malikik, 200-dən çox gəmimiz var və indi yeni gəmilər də istismara verilir. Gəmilərin sayı artacaq", - deyə dövlət başçısı qeyd edib.

BAKU.WS