SİZİN REKLAM BURADA!
055 213 76 73


Bərdədə bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS "qafqazinfo"ya istinadən xəbər verir ki, insident rayonun Bakı küçəsində qeydə alınıb.

Belə ki, Bərdə rayon 32-lər kənd sakini, 39 yaşlı Allahverdiyev Nicat Vidadi oğlu rayon Polis Şöbəsinin əməkdaşı Muradov Fehruz Novruz oğlu tərəfindən 8 bıçaq zərbəsi ilə bıçaqlanıb.

Yaralı yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS