SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadla verdiyi məlumata görə, ötən gecə Sabirabad sakini, 1992-ci il təvəllüdlü Məmmədli Orxan Rasim oğlu hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

O. Məmmədli döş qəfəsini dəlib-keçən, ürək və ağ ciyərin zədələnməsi diaqnozu ilə Şirvan mərkəzi şəhər xəstəxanasında əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

BAKU.WS