SİZİN REKLAM BURADA!
055 213 76 73


“9 fevral 2020-ci il tarixdə Milli Məclisə  keçiriləcək seçkilər Yeni Azərbaycan Partiyasının öz mövcud qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli bir fürsətdir”.

BAKU.WS xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında bildirilib.

İclasda qeyd edilib ki, çox böyük seçki təcrübəsi olan, cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən Yeni Azərbaycan Partiyasının bu mühüm siyasi kampaniyada iştirakı siyasi zərurət olmaqla yanaşı, nəhəng elektorata malik olan təşkilat üçün sosial sifarişdir.

YAP İdarə Heyəti müzakirələrin yekunu olaraq 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə iştirakla bağlı qərar qəbul etmişdir.

İclasda həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub.

BAKU.WS