055 213 76 73
BAKU.WS news.am-a istinadən xəbər verir ki, Tavuş rayonunun Koti icması yaxınlığında müqaviləli şəkildə hərbi xidmət edən Eqişe Çaxmaxçyan güllə yarası alıb.
Hadisə kənd icmasının sədri Feliks Melikyan təsdiqləyib. O bildirib ki, hərbçi çiynindən güllə yarası alıb.
Onu öncə Noyemberyan hospitalına çatdırılıb. Vəziyyəti ağır olduğu üçün Mərkəzi Hərbi Hospitala aparıblar.
Qeyd edək ki, oktyabrın 3-də saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorumuz düşmən tərəfindən atəşə tutulmuşdu. Nəticədə ekskavatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.
Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Erməni hərbçilərinin mülki əhalimizə qarşı təxribatı ordumuz tərəfindən cavabsız qalmayıb. Ordumuz həmişə olduğu kimi dinc sakinlərimizi hədəf alan erməni hərbçilərinə layiqli cavab verməyə davam edirlər.
BAKU.WS