SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı-Şamax-Yevlax magistral avtomobil yolunda torpaq sürüşməsi aktivləşib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bir neçə gündür yağan intensiv yağışlardan sonra əvvəllər sürüşmələrin qeydə alındığı Ağsu dolaylarının asfalt qatında çatlar əmələ gəlib.

Yolun 140-cı və 145-ci km-də sürüşmə aktivləşib. Sürüşmə nəticəsində magistral yolda çökmələr baş verib. Yol idarəsinin əməkdaşları asfalta tökülən torpaq qatını təmizləməklə hərəkətin çətinləşməsinin qarşısını alırlar.

Qeyd edək ki, Ağsu dolayları sürüşmə zonası olduğundan qış və yaz aylarında aramsız yağışlar səbəbindən torpaq sürüşməsi daha da aktivləşir.

BAKU.WS