SİZİN REKLAM BURADA!
055 213 76 73



Ailə münaqişəsi zəminində yanan və ya yandırılan körpə Anjelanın taleyi hər kəsi maraqlandırır. "Uşaqların xoşbəxt gələcəyi" fondunun təsisçisi və rəhbəri Nərgiz Babayeva-Kərimovanın sayəsində sağ qalan 2 yaşlı körpənin vəziyyəti gündən-günə yaxşılaşır.
Nərgiz xanım Anjela Ələkbərovanın vəziyyətilə bağlı mütəmadi olaraq "Facebook" səhifəsində məlumat verir. O, topladığı vəsaitlə Anjelanı Türkiyəyə aparıb və bir neçə gün ərzində artıq 2 dəfə əməliyyat etdirib. Əməliyyatlarda balaca qızcığazın yanğından eybəcər hala düşmüş üzü, ayaqları və əlləri yaralardan təmizlənib. Hazırda reanimasiyadadır. Ona xüsusi baxıçı təyin edilib. Üzünün və bədəninin digər hissələrinin normal vəziyyətə gətirilməsi üçün onu 20-30 əməliyyat gözləyir.

BAKU.WS  xəbər verir ki, Nərgiz Babayeva-Kərimova 2 yaşlı Anjela Ələkbərovanın yandığı hadisənin araşdırılması üçün Baş prokuror Zakir Qaralova və Daxili işlər naziri Ramil Usubova rəsmi müraciət edib.

Nərgiz xanım istisna etmir ki, valideynlər bu yanğıını uşaqdan qurtulmaq üçün törətdiblər. O, körpənin gələcəyi üçün narahat olan Nərgiz xanım Gəncədə yaşanan yanğının əsl mahiyyətinin üzə çıxarılmasını tələb edir:

"Mən Respublikanın Baş prokuruna və Daxili işlər naziri Ramil Usubova teleqram göndərmişəm. Buradan səslənirəm ki, mənim teleqraamlarıma cavab versinlər. Bu hadisə araşdırılmalııdır. Gəncədə baş vermiş yanğının təsadüfən və ya düşünülmüş hərəkət olduğu açılmalıdır. Mən Anjela sağalandan sonra onu kimə verəcəyimi bilməliyəm".

Nərgiz xanım narahatlığının səbəbini belə əsaslandırıb: "Edilən yardımlara görə - ən kiçik məbləğdən ən böyük məbləğə qədər yardım edən insanlara öz dərin minnətdarlığımızı bildiririk. Hər birinizin diqqəti bizim üçün çox önəmlidir. Türkiyəli həkimlər sağ olsunlar ki, Anjelanı həyata qaytardılar.

Biz buna çox sevinirik, lakin uşağın taleyi doğma ata-anasını maraqlandırımır.  Onları Bakıda xəstəxanada da Anjelanın yanında görmədik, Türkiyəyə də gəlmədilər. Düzdür, bibisi bizimlə İstanbula gəlmək istədi, amma sənədləri qaydasında olmadığından bunu edə bilmədi.
 
Mən fəaliyyətimlə bağlı çox ailələr görmüşəm, amma etiraf edirəm ki, körpə Anjela Ələkbərovanın ailəsi kimisinə ilk dəfədir rast gəlirəm. Uşağı belə bir ailəyə qaytarmaq doğru deyil".

Nərgiz xanım deyir ki, Anjelanın bibisi yanğının uşağın anası tərəfindən törədildiyini bildirib: "Dünən Anjelanın bibisi ilə telefon danışığımızda mənə dəhşətli faktlar açıqladı. Mənzili ana yandırıbmış! Eşitdiklərimdən sadəcə şok oldum. Sübut üçün danışığımızın səsyazısını saxlamışam.

Biz əvvəlcə ancaq uşağın xilası barədə düşünürdük, valideynlərinin niyə xəstəxanaya gəlməməsini araşdırmağa vaxt ayırmadıq. İndi isə, çətin günlər arxada qaldıqdan sonra yenidən körpəyə görə qorxmağa başladım. Axı bunlar necə valideyndirlər ki, qızlarının öldüyü və ya sağ qalması ilə maraqlanmırlar. Bu qədər əziyyətdən sonra uşağı onların əlinə necə verə bilərik"?

Zülfiyyə Qurbanova
BAKU.WS


                               "Uşaqların Xoşbəxt Gələcəyi"nin təsisçisi Nərgiz Babayeva-Kərimova

2 yaşlı Anjelanın son vəziyyəti