SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Bakıda zəncirvari yol qəzası baş verib.


Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə yol qəzası aeroport yolunda qeydə alınıb.

Yol qəzasının görüntülərini “qaynar xətt”ə göndəriblər. Videodan da göründüyü kimi aeroport yolunda iki “Mercedes” və bir “Passat” markalı avtomobil toqquşub.

Qəza zamanı ölən olmasa da, xəsarət alanlar olub.

Hadisə yerinə yol polisi cəlb olunub və araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS