055 213 76 73
Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Aydın Əhmədov 10 milyon AZN dəyərində dələduzluqda ittiham edilir.
BAKU.WS xəbər verir ki, “news24.az”a daxil olan xüsusi mətumata görə, o, bir neçə gündür Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarətə götürülüb.
Əldə olunan məlumata əsasən A.Əhmədov sözügedən məbləği bir neçə insandan alıb və qaytarmayıb. Buna görə də ona pul verən şəxslər haqqında şikayət ediblər. Bu səbəbdən araşdırmalar aparılıb və nəticədə A.Əhmədov gözaltına alınıb.
"Aydın Əhmədov heç bir dələduzluqda ittiham olunmur. Bu onun işlərində gözü götürməyən insanların yaydığı yalan xəbərdir. Aydın Əhmədov azadliqdadir. Çünki haqqında heç bir şikayət yoxdur. Aydın Əhmədov günü bu gün öz büdcəsi ilə bütün işlərini görür. Bir çox xeyriyyə tədbirlərində imkansızlara el tutub".
Xatırladaq ki, Aydın Əhmədov həmçinin Suraxı r-nu YAP Gənclər Təşkilatının da sədridir.