SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə E.P. adlı bir kişi Allahın adı ilə "Twitter" hesabı açaraq məzəli paylaşımlar edib.

BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, Allah C.C. adı ilə etdiyi paylaşımlarında dini və insanları ələ salıb.

Onun bu paylaşımlarından narahat olan Əskişəhərli vətəndan "Allah C.C." adlı "Twitter hesabından polisə şikayət edib.


Onun şikayətindən sonra hesabın sahibi və paylaşımları edən şəxsin Muş vilayətinin sakini E.P. olduğu üzə çıxıb və onun barəsində məhkəmə davası açılıb.


Məhkəmə sözügedən "Twitter" hesabının ona aid olduğunu qəbul edən E.P. barəsində həbs qərarı  çıxarıb.


Qərara görə, dini dəyərləri aşağılama və bunu ictimai şəkildə yaymaqda günahlandırılan şəxsə 11 ay 20 gün həbs cəzası verib.


Daha sonra hökm dəyişdirilərək E.P.nin cəzası 7 min lirə pul cəriməsi ilə əvəz edilib.


BAKU.WS