SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Zemfira Sadıqova uzun zamandır efirlərdə görünməməyinin səbəbini açıqlayıb. 

BAKU.WS-ə özəl açıqlama verən aktrisa televiziya verilişlərinin səviyyəsindən gileylənib:

"Məni o qədər də dəvət etmirlər, çünki hər verilişə getmirəm. Dəvət alanda isə bir neçəsindən imtina etmişdim. Səviyyəsi çox aşağı olan, ancaq boş-boş gülüşdən ibarət olan, məntiqi olmayan verilişlər hazırlanır. Onlar bununla nə demək istəyirlər? Paltarlarınımı, özlərinimi göstərmək istəyirlər? O verilişə getməyə belə utanıram. Məndən inciyirlər. Birindən imtina edən kimi də söz-söhbət yayılır. Deyirlər ki, Zemfira xanım verilişlərə gəlmir. Əgər məzmunlu veriliş olsa, heç vaxt imtina etmərəm və böyük həvəslə gedərəm".

Hüseyn Məmmədsalahov
BAKU.WS