SİZİN REKLAM BURADA!
055 213 76 73



21 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin və Türkiyənin "1207 Antalya Döşemealtı Belediyespor" klubunun üzvü Aysun Əliyeva təqdirəlayiq addımla gündəmə gəlib. "Report"un məlumatına görə,  o, I Liqada "Kireçburnu" ilə keçirilən oyunda rəqib futbolçunu belində daşıyıb.
 
Oyun zamanı meydan sahiblərinin heyətində nigeriyalı İjeoma Quins Daniels zədələnib. O, ehtiyat oyunçular skamyasına getməyə çalışsa da, zədə səbəbindən bunu bacarmayıb. Rəqibin vəziyyətini görən A.Əliyeva özündən ağır futbolçunu belinə alaraq texniki zonaya aparıb.

Azərbaycanlı futbolçu yerli mətbuata açıqlamasında hər kəsin bu cür davranmalı olduğunu bildirib: "İstəyirlər ki, ilin "fair play" mükafatı mənə verilsin. Bu vəziyyətdən çox utanıram. Çünki hər kəs kameralar qarşısında bu cür addım atdığımı düşünəcək. Ancaq mən içimdən gəldiyi kimi hərəkət etdim. Burada böyüdüləcək bir şey yoxdur. Hər kəsin görməli olduğu işdir".
 
BAKU.WS