SİZİN REKLAM BURADA!
055 213 76 73



"Belə şərəfsizliklə pul qazanmaq olmaz..."

BAKU.WS xəbər verir ki, azərbaycanlı aktrisa Gülşən Hüseynli ölümdən dönüb. Başına gələn dəhşətli hadisə ilə bağlı saytımıza eksklüziv açıqlama verən aktrisa bunları deyib:

"Dünən axşam saatlarıda ailəmlə bərabər rayona qurban kəsməyə gedirdik. Bakı-Ələt yolunda çay içmək üçün restoranların birinə girdik. Avtomobilimi isə həmin restoranla üzbəüz, yolun qırağında saxlamışdım. Çay içdikdən sonra yenidən avtomobilə əyləşdik və yola çıxdım. Bu vaxt hiss edim ki, avtomobilim yaxşı hərəkət etmir. Düşüb gördüm ki, kimsə təkəri kəsici alətlə deşib. Yaxınlıqda isə profilaktoriya var idi. Oradan bir usta çağırdıq. O, avotmobilə əyləşib arxa-arxaya sürən anda arxadan gələn iri yük avtomobili bizə çırpılacaqdı, az qala "Şaqman"ın altında qalacaqdım. Allah bizi saxladı. Maşını sürdük həmin profilaktoriyaya. Onlardan soruşanda kı, təkər hansı səbəbdən bu hala düşə bilər, dedilər ki, həmin saxladığınız yolda şüşə qırıqları olub. Mən isə bilirəm ki, orada şüşə olmayıb. Düşünürəm ki, təkəri elə orada çalışan ustalar cırıb, çünki təkər altdan yox, qıraqdan çox səliqəli şəkildə cırılmışdı. Demək istəyirəm ki, belə şərəfsizliklə pul qazanmaq olmaz, ayıbdır. Hələ də şokdayam, özümə gəlməmişəm. Bu gün qurban kəsəcəyik. İndi bilmirəm, o qurbanı sağ qalmağıma görə kəsim, yoxsa əht etdiyimə görə".  

BAKU.WS