SİZİN REKLAM BURADA!
055 213 76 73



"Youtube" şirkətinin Kaliforniya ştatının San Bruno şəhərindəki baş ofisinə silahlı hücum edən şəxsin kimliyi məlum olub.

BAKU.WS-in məlumatına görə, 4 nəfərin ölümünə səbəb olan şəxsin Cənubi azərbaycanlı Nasim Aghdam olduğu məlum olub. 39 yaşlı Nasimin fotosu ABŞ mətbuatında dərc olunub. 

Hadisəni törədən şəxs "YouTube" video portalının onun kanalına "ayrı-seçkilik" tətbiq etdiyini iddia edib.

"YouTube"nin sahibi olan "Google"dan məsələ ilə bağlı açıqlama gecikməyib. Bildirilib ki, şirkətlərin rəsmiləri koordinasiya halındadır və baş verən hadisə ilə bağlı istintaq davam edir.

BAKU.WS