SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Azərbaycan prezidenti İlham Əliyev Günay Əfəndiyevaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi ilə bağlı sərəncam imzalayıb. 
 
BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir:
 
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram. Günay Elçin qızı Əfəndiyevaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilsin".
 
Qeyd edək ki, Günay Əfəndiyeva xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır. 
 
BAKU.WS