055 213 76 73
BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb.
Birinci vitse-prezident Mehriban Əliyeva müğənniyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/70918
2019-cu ilin 01 oktyabr tarixində saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən ərazimizə doğru təxribat-diversiya qruplarının hərəkəti döyüş mövqelərimizdə xidmət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, həmin tarixdə sərhəd döyüş məntəqələrimiz Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/70936
"WhatsApp" şəbəkəsi yoxa çıxan mesajların funksiyasını sınamağa başlayıb.
Yeni funksiyanın köməyi ilə istifadəçilərin müəyyən etdiyi vaxtda seçilmiş köhnə mesajlar avtomatik olaraq silinəcək.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/70943
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
Verilən məlumata görə, 2019-cu ilin 02 oktyabr tarixində saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozmaları müşahidə olunub.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/page/2/
“Bir neçə gün əvvəl ölkədə “Əsrin müqaviləsi”nin 25 illiyi təntənə ilə qeyd edildi.Azərbaycanın neft-qaz sənayesi qlobal iqtisadi proseslərin ayrılmaz hissəsinə çevrilib. Bütün bunlar gərgin əməyin bəhrəsidir”.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/70953
Mərkəzi Seçki Komissiyası (MSK) Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul edib.
BAKU.WS xəbər verir ki, qərar R.Cəbrayılovun müraciəti əsasında MSK-nın bu gün keçirilən iclasında çıxarılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/70976
Sosial şəbəkədə Bakının Yasamal rayonunda ağacların kökündən çıxarılması ilə bağlı görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, videodan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və digər məmurlar Yasamal rayonu ərazisində yolda əkilən ağacları kökündən çıxarır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/70978
BAKU.WS