SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti kadr dəyişikliyi həyata keçirib. 

Nazirin əmriylə Gəncə şəhər Baş Polis idarəsinin əməliyyat üzrə rəis müavini, polis polkovniki Abdıyev Müqalib Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/68071


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənistan Ordusunun fərari hərbçisi ilə görüşüb.

Avqustun 19-da BQXK-nın Bakıdakı nümayəndələri bu yaxınlarda təmas xəttini keçmiş milliyətcə erməni olan şəxsə baş çəkiblər. Baş çəkmə BQXK standart qaydalarına uyğun həyata keçirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/68075


ATV-nin əməkdaşı, əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi qarət edilib. Hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib.

Rayona istirahətə gedən Vüqar Dərziyevə məxsus fərdi yaşayış evinə girən oğrular otaqları alt-üst ediblər. Qarətçilər 5 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68079


24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68085


Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.

Siyahıya bu linkdən baxa bilərsiniz - https://baku.ws/education/68093


“Qarabağ Azərbaycandır! Bütün dünya bu fikirdədir. Bu mövqe dəyişməz olaraq qalır!”

Bu sözləri "media.az"a müsahibəsində Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru və "Yeni qüvvələr hərəkatı"nın lideri Mixail Saakaşvili Ermənistanın Baş naziri, Qarabağı öz ərazilərinə "daxil" edən Nikol Paşinyanın bu yaxınlarda etdiyi bəyanatı şərh edərkən deyib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/68097


Məşğulluq haqqında qanunun 20-ci maddəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində qeydiyyatda olan  işsiz və iş axtaran şəxslərin peşə hazırlığına göndərilməsi təsbit olunub.

Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının tərəfindən hazırlanan qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Bu qaydanı BAKU.WS-ə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev şərh edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/musahibe/68089

BAKU.WS