Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, gün neqativ xəbərlə başlayıb.

Belə ki, Rusiyada, Buryatiya Respublikasının şimalında “Anqara” aviaşirkətinə mənsub An-24 sərnişin təyyarəsi qəza enişi edib. Qəza zamanı 2 pilot ölüb, 22 nəfər xəsarət alıb.

Hadisə barədə daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/64971


Günün maraqlı xəbərlərindən biri Azərbaycanda turizmlə bağlı “qaynar xətt”in yaradılacağı ilə bağlıdır.

Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib ki, turistlər hər hansı çətinlik və ya narahatçılıqla üzləşdiyi zaman onların xidmətlərindən istifadə edə biləcəklər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/64986 

Günün ikinci yarısında yayılan bir xəbər isə dəniz həvəskarlarını sevindirib. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamenti paytaxtdakı çimərliklərə baxış keçirməyə başlayıb.

Şıx çimərliyində olub.9 müxtəlif məkana baş çəkilib, orada olan qapılar və şlaqbaumlar götürülüb. Eyni zamanda, sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/64998 


Günün sonunda isə Prezident daxili işlər naziri Vilayət Eyvazovun və DTX rəisi Əli Nağıyevin rütbəsinin artırılması haqqında sərəncam imzaladı.


Daha ətraflı: https://baku.ws/politics/65018https://baku.ws/politics/65017 

Axşama doğru isə Minskdən dalbadal sevindirici xəbərlər aldıq. Ötən gün iki ermənini məğlub edərək II Avropa oyunlarının finalına vəsiqə qazanan güləşçimiz Əli Hacıyev Azərbaycana ikinci qızıl medalı qazandırdı.


Daha ətraflı: https://baku.ws/sports/65022 

BAKU.WS