Mirşahin Abel Məhərrəmovla eyni təyyardə imiş - hər şeyi danışdı (VİDEO)

Mirşahin Abel Məhərrəmovla eyni təyyardə imiş - hər şeyi danışdı (VİDEO)
Video
Video 4889
Əməkdar jurnalist Mirşahin Ağayev Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun işdən çıxarılmasından danışıb. BAKU.WS-in məlumatına görə, Real TV-də yayımlanan "Mir Şahinin Vaxtı" verilişində telejurnalist "təyyarə qalmaqalı”ndan söhbət açıb. "Prezident onu rektorluq vəzifəsindən azad edib. Əcəb edib. Müstəsna səlahiyyətidir. Rektorun işdən çıxarılmasına sevinənlər, ona bulaşdırıb bütün Qafqazın şeyxini ələ salanlar guya abırlı hərəkət edirlər? Madridə gedən təyyarədə mən və Real TV-nin çəkiliş qrupu olub. Abel Məhərrəmov bir millət vəkili ilə şeyxin də olduğu təyyarədə spirtli içki qəbul edib. Həm də millət vəkilinin təkidi ilə".Mirşahin əlavə edib ki, Madriddən qayıdarkən də ölkəyə spirtli içki gətirilib: "Az miqdarda spirtli içki. Onalar da sərnişinlərə aid olub. Adambaşına 1,5 litr spirtli içki. Ümumilikdə 55 litr viski, konyak, çaxır və sairə. Şeyxin mindiyi təyyarədə spirtli içki daşıyan azərbaycanlılara görə utanıram".AbbasBAKU.WS

Son xəbərlər