Bakıda ofis binasında PARTLAYIŞ: Xilasetmə görüntüləri
"AFEN" plazada baş verən partlayışın səbəbləri araşdırılır".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin idarə rəisi Toğrul Mehdiyev deyib.
O bildirib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
"FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunublar. Məlum olub ki, yanğınla müşayiət olunmayan partlayış baş verib. Nəticədə yeddi nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Partlayışın başvermə səbəbi araşdırılır".
Qalereya
Oxşar xəbərlər
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli X...