Bakıda dəhşətli qəza - İki nəfər ölüb
23 aprel 2025-ci il tarixində Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 9 nəfərdən 2-si ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.
Digər yaralıların müalicələri müvafiq şöbələrdə davam etdirilir.
***09:23
Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən BAKU.WS-ə verilən xəbərə görə, 6-si kişi, 3-ü qadın olmaqla 9 nəfər bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan 3 nəfə əməliyyata alınıb, 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
***00:31
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, 23 aprel saat 18:00 radələrində Lökbatan-Puta yolunda "Lada" və "Hyundai" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində bir neçə şəxs yaralanıb. Yaralılardan 2 nəfər hadisə yerində dünyasını dəyişib.
Qəza yerindən dəhşətli görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Polis yağışlı hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
Davam edən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Azərbaycanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş re...