Bakıda kitabxananı bağlayıb, market açırlar? – VİDEO

Bakıda kitabxananı bağlayıb, market açırlar? – VİDEO
Video
Video 939
Bakıda uşaq kitabxanası bağlanıb.

Bu barədə paytaxt sakinləri BAKU.WS-ə şikayətlərində bildiriblər.

Qeyd edilir ki, Səbail rayonu, neftçi Qurban Abbasov küçəsi 136-da yerləşən kitabxananı bağlayıblar.

“Kitabxananı bağlayıb, yerində market açmaq istəyirlər. Artıq kitabxananın içərisini yığışdırıblar”, - deyə şikayətçi bildirib.

Qeyd edək ki, söhbət Nazim Hikmət adına uşaq kitabxanasından gedir.

Məsələ ilə əlaqədar Bakı şəhər Mədəniyyə İdarəsilə əlaqə saxladıq. İdarədən BAKU.WS bildirdilər ki, həmin kitabxana 3 ya bundan əvvəl onların balansından çıxarılaraq, Dövlət Turizm Agentliyinin balansına verilib.

Məsələ ilə bağlı qurumla əlaqə saxladıq. Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə BAKU.WS-ə açıqlamasında bildirib ki, deyilənlərin heç biri həqiqəti əks etdirmir.

“Nazirlər Kabinetinin qərarı ilə həmin kitabxananın ərazisi Dövlət Turizm Agentliyinin balansına verilib. Orada heç bir market açılmayacaq. Həmin yerdə Dövlət Turizm Agentliyinin tabeliyində olan strukturların yerləşdirilməsi nəzərdə tutulub. O cümlədən turizm kitabxanası, turizm tədris mərkəzi açılacaq”, - deyə Kənan Quluzadə bildirib.

Ziya SƏCCADBAKU.WS

Son xəbərlər