Bakı məktəblərində müəllimlərə şok yeni il "sürprizi": Səs yazısı yayıldı (AUDİO)

Bakı məktəblərində müəllimlərə şok yeni il sürprizi: Səs yazısı yayıldı (AUDİO)
Sosial 4903
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeçiliyində olan məktəblərdə müəllimlərin maaşı 50% kəsilib. Bu barədə BAKU.WS-ə Yeni il bayramı ərəfəsində əmək haqqları kəsilən müəllimlər bildiriblər. Onların sözlərinə görə, müəllimlərin əmək haqqı əsassız şəkildə bir hissəsi ödənilməyib. Şikayətçi müəllimlər bildirir ki, bu barədə məktəb direktorlarına işçilərinin əmək haqlarının kəsiləcəyi təqdirdə şikayətə qalxan müəllimləri nəzarətdə saxlamaq və bu halların qarşısını almaqla məsələnin ictimailəşdirirlməməsi tapşırığı verilib. “Maaşların böyük bir hissəsinin kəsiləcəyi barədə rəsmi heç bir əmr və məlumat olmasına baxmayaraq, dekabr ayında verilən maaşda müəllimlər sürprizlə qarşılaşıblar. Yeni il hədiyyəsi olaraq, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tabeçiliyində olan bütün məktəblərdə müəllimlərin maaşını demək olar ki tam yarısı kəsilib. Səbəb olaraq, büdcədə pulun olmaması əsas göstərilib. Yaranmış vəziyyətdən narazı qalan müəllimlərin müxtəlif orqanlara kütləvi şəkildə şikayət etməsi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalovu narahat edib. Bu səbəbdən rəisin tapşırığına əsasən musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva whatsapp vasitəsilə direktorlara səs yazısı ilə müraciət edib. Səs yazısından da göründüyü kimi Bətulə Məmmədəliyeva sektor müdiri olmasına baxmayaraq, nazirin və rəisin adından rahatlıqla göştəriş verir. Bu isə onun bu işlərdə tam yaxından iştirak etdiyinə işarədir”, - deyə adının açıqlanmasını istəməyən müəllimlərdən biri qeyd edib. Şikayətlə bağlı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə əlaqə saxladıq. Lakin idarədən məsələ ilə bağlı sorğu göndərilməsini tələb etsələr də sorğuya heç bir cavab verilmədi. Bətulə Məmmədəliyeva whatsapp vasitəsilə direktorlara göndərdiyi səs yazısını təqdim edirik.

Oxşar xəbərlər

Son xəbərlər