SİZİN REKLAM BURADA!
055 213 76 73


Ərinin işgəncələrinə dözməyib evdən qaçan və uşaqlarının xatirinə geri dönən Əfsanə indi necədir? Xoşqədəm Hidayətqızı sosial şəbəkədə ona ünvanlanan bu suala cavab tapmaq üçün ailənin yaşadığı evə gedib. 

BAKU.WS xəbər verir ki,  "Uşaqlarımın xatirinə ölümə də gedərəm" deyib ona işgəncə verən əri ilə barışan 26 yaşlı üç uşaq anasının sonrakı taleyi ilə maraqlanan jurnalist "Səni axtarıram"ın çəkilişini onların Şabranda aldıqları yeni evdə edib.

Baş verənlərdən sonra Səxavət uşaqların məktəbə getməsi üçün Şabranda ev alıb. Əfsanə həyat yoldaşının çox dəyişdiyini, ona qarşı diqqətli olduğunu deyib. 

Xatırladaq ki, 17 yanvarda 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayevin itkin düşməsilə bağlı məlumat yayılmışdı. Sonra məlum oldu ki, 10 ildir, ailəli olan gənc qadın sonuncu dəfə qırmancla döyüldükdən sonra üç azyaşlı uşağını da götürüb evdən qaçıb.

Bakıya üz tutaraq Xoşqədəm Hidayətqızını axtarıb tapıb, ondan kömək istəyib. Əfsanənin həyat yoldaşı Səxavət fermada çobanlıq edir. Ailə elə həmin fermada yaşayırdı.

Anası ilə qardaşı Əfsanənin Səxavətlə barışmasına etiraz edirdilər. Ana deyirdi ki, Səxavət Əfsanəni evə apardıqdan sonra öldürəcək. Aparıcı da ona barışıq barədə bir daha düşünməsini istəmişdi, lakin Əfsanə fikrindən dönməmişdi.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO