Bakıda koronavirus həyəcanı - apteklərdə qiymətlər artdı - VİDEO

Apteklərdə tibbi maskaların qıtlığı yaranıb.
BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, virusdan qorunmaq üçün maskalara üstünlük verənlərin sayının birdən-birə artması apteklərdə maska qıtlığı yaradıb. Bunu əczaçıların özləri də təsdiqləyir.
Hətta masklara bu qədər tələbatın olması onun qiymətindən də yan keçməyib. Maska ilə bərabər spirtlərin də qiymətləri dəyişib.
Əczaçılar bildirirlər ki, tələbatın artmasına görə depolarda masklara limit tətbiq edilib. Bir nəfərə 1-2 ədəddən artıq maska satılmır.
Bənzər mənzərə rayonlarda da müşahidə edilir. Məsələn, Lənkəran sakinləri də maska tapmaqda çətinlik çəkdiklərini bildirirlər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirdilər ki, apteklər özəl sektordur və onlara nəzarət Nazirlik tərəfindən edilmir.
Oxşar xəbərlər
Bakıda koronavirus həyəcanı: Apteklər bu məhsuldan adama bir dənə satır
Azərbaycanın Nazirlər Kabineti yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazis...
