SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Banklar Assosiasiyasi Mərkəzi Banka bir sıra təkliflər təqdim edib.

Məqsəd banklar tərəfindən müştərilərə  güzəşt edilməsinə şərait yaratmaqdır. 

"Banklar imkanlar daxilində müştərilərinə güzəştlər etməyə çalışır. Lakin mövcud qanunlar bunu əsaslı şəkildə etməyə imkan vermir". Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayevin sözlərinə görə, bank müştərisinə böyük güzəşt edəndə əlavə vergi ödəməli olur.

Yəni əslində vergini guya endirim sayəsində gəlir əldə edən müştəri ödəməlidir. Ancaq bunu faktiki olaraq banklar yerinə yetirir. Bu isə banklara sərf etmədiyindən, borcalanları güzəşt imkanından məhrum edir. Mərkəz direktoru hesab edir ki, Vergi Məcəlləsindəki bu maddə maliyyə xidmətlərinə şamil edilməməlidir.

Digər bir məsələ məhkəmə rüsumları ilə bağlıdır. Yəni vətəndaş götürdüyü krediti ödəyə bilmirsə və iş məhkəməyə gedirsə, girovun qiymətinin 7 faizi civarında məhkəmə rüsumu da elə vətəndaş tərəfindən ödənilməlidir.

Bu isə vətəndaş üçün əlavə xərc deməkdir. Məhz bu səbəbdən Mərkəzi Banka təqdim olunan təkliflər sırasında məhkəmə icrası üzrə rüsumun azaldılması da var.
 
BAKU.WS