VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevral ayının 16-da Gürcüstanda qeydiyyatda olan HH 823-CC dövlət nömrə nişanlı "Nissan" avtomobilini idarə edən Moldova vətəndaşı Azərbaycandan Gürcüstan istiqamətinə hərəkətdə olarkən Nəvahi postunun ərazisində benzini bitib.

BAKU.WS Avtosfer.az-a istinadla xəbər verir ki, yanacağı bitmiş və üzərində milli pulu olmayan şəxsin köməkliyinə yaxınlıqda xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşları - polis baş-serjantı Babayev Anar Nuhbala oğlu və İbrahimov Rüfət Əlisoltan oğlu yetişib.

Polis ölkəmizdə qonaq olan şəxsi dinlədikdən sonra dərhal xidməti avtomobili ilə yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən benzin alaraq sürücüyə çatdırıb.

Bununla kifayətlənməyən əməkdaşlar ölkəmizdə qonaq olan turistin üzərində milli pulu olmamasını nəzərə alaraq onu müəyyən qədər Azərbaycan manatı ilə də təmin etdikdən sonra yola salıblar.

BAKU.WS
VİDEO