SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkələrdə bir neçə polis valideyninin video müraciəti yayılıb.

BAKU.WS Azvision.az-a istinadla xəbər verir ki, öz doğma torpaqlarından məcburi köçkün düşmüş polis valideynləri asayiş keşikçilərinin Vətənə ləyaqətlə xidmət etdiyini deyiblər.
 
1990-ci illərdəki vəziyyəti xatırladan məcburi köçkünlər, o zaman insanların ölkə ərazisində rahat şəkildə gəzə bilmədiyini söyləyib, indiki əmin-amanlığın polis əməkdaşları sayəsində qorunduğunu diqqətə çatdırıblar.

"Vətən üçün layiqli övladlar böyütmüşük. Azərbaycanın keşiyində duran polislərimiz Qarabağın işğaldan azad olunması üçün canlarından keçməyə hazırdılar" - deyə məcburi köçkünlər vətəndaşları Azərbaycan polisinə sayğı ilə yanaşmağa çağırıblar.
BAKU.WS
VİDEO