SİZİN REKLAM BURADA!
055 213 76 73


Ev problemi ilə bağlı Prezident İlham Əliyevə müraciət edən məcburi köçkün, “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov mənzillə təmin olunub.

BAKU.WS xəbər verir ki, bu barədə həmin qəzetin baş redaktoru Bahəddin Həzi məlumat verib.

Onun sözlərinə görə, R.İbrahimovun özü ilə yanaşı həyat yoldaşının da məcburi köçkündür:

“İş yoldaşımız Ramid İbrahimovun ölkə Prezidentinə müraciəti müsbət nəticə verdi. Bu gün Ramidi Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə dəvət etdilər və ona “Qobu Park”da məcburi köçkünlər üçün inşa olunmuş binada mənzil ayrıldığını bildirdilər”.

Qeyd edək ki, Ramid İbrahimovun ailəsi və özü 1993-cü ildə Füzuli rayonunun işğalı nəticəsində məcburi köçkün düşüb. Bu yaxınlada ailə quran Ramidin həyat yoldaşı da, həyat yoldaşının valideynləri də məcburi köçkündürlər.
BAKU.WS