“Azərbaycanda dayanacaqlardan yığılan vəsaitlərin böyük əksəriyyəti dövlət büdcəsinə daxil olmur”.

BAKU.WS xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa Parlamentdə çıxışında bildirib. Millət vəkili çıxışı barədə bunları qeyd edib.

“Artıq Az.Tv-nin və İTV-nin funksiyasını bundan sonra öz üzərimə götürüb davamlı şəkildə çıxışlarımı paylaşacağam. Bu gün Milli Məclisdə bir neçə aktual mövzunu gündəmə gətirdim.

Hava limanında, avtovağzalda minik avtomobillərinin giriş -çıxış zamanı pul alınması ciddi narahatçılıq doğurur. Bu sahədə özbaşınalığa son qoyulmalıdır. Eyni zamanda Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanovun xatirəsinin əbədiləşdirilməsinin vacibliyinə diqqət yönəltdim.

Həm də hamımızın sevimlisi olan Şəmistan Əlizamanlının Vətən qarşısında xidmətlərinin qiymətləndirilməsinin zəruriliyini vurğuladım”, - deyə Fazil Mustafa bildirib.

BAKU.WS


VİDEO

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ