SİZİN REKLAM BURADA!
055 213 76 73



Bundan sonra Azərbaycanda kənd təsərrüfatı məhsullarını da mobil telefon və ya kompüterlə online qaydada almaq mümkün olacaq. Bununla bağlı xüsusi platforma hazırlanıb.

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Dövlət Aqrar Ticarət Şirkətinin "Kənddən Şəhərə" layihəsi çərçivəsində yaradılan platforma gələn həftədən işə düşəcək. Şirkətin direktoru Leyla Məmmədova, bildirib ki, «Kənddən şəhərə» satış mərkəzində satılan bütün məhsullar sayta dayerləşdiriləcək. Onlayn satışda qiymətlər orta bazar qiymətindən 10-20 faiz ucuz olacaq

Leyla Məmmədova bildirib ki, burada yalnız yerli məhsullar satışa çıxarılacaq.Məhsullarını bu saytda satmaq istəyən fermerlərə isə köməklik göstəriləcək.

Hazırda mağazada satışı olmayan fermerlər də məhsulunu onlayn sata biləcəklər. İlkin mərhələ üçün onlayn satış yalnız Bakıda olacaq. Növbəti illərdə isə bu proses rayonları da əhatə edəcək.

BAKU.WS