VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün axşam saat 17:40 radələrində Bakının Səbael rayonunda dövlət idarəsindən çıxan AZ 10 JS 108 dövlət nömrə nişanlı "Hyunday Sonata" markalı avtomobil ciddi qayda pozuntusuna yol verib.

Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər. Verilən məlumata görə, "AzTelekom"un binasından Bünyad Sərdarov küçəsinə çıxan avtomobil əsas yolla hərəkət edən avtomobillərə ciddi təhlükə törədib. "Damas" markalı avtomobilin sürücüsünün sayıqlığı nəticəsində qəza baş verməyib.

Bu barədə ötən gün BAKU.WS saytında “Dövlət idarəsindən çıxan avtomobil qaydaları belə pozdu, polis isə... – VİDEO” adlı xəbərdə ətraflı məlumat verilib.

Məlumatda bildirilir ki, bu hadisə yol polisi əməkdaşının gözü qarşısında baş verib. Polis əməkdaşı qayda pozan avtomobili saxlasa da, heç bir cərimə tətbiq etməyib.

Verilən xəbərlər bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə şərh verib.

Onun verdiyi açıqlamada bildirilir ki, həqiqətən də videogörüntülərdəki nəqliyyat vasitəsi yolların kəsişmə hissəsində qayda pozduğu üçün yol polisi tərəfindən saxlanılıb.

“Sürücünün "Təcili xəstəm var" deyərək getməsi onun barəsində tərtib edilmiş protokoldan məlumat olub və o, sənədləşdirilib. Sözüdən Lermontov və B. Sərdarov küçələrində kameralarımız da var və bütün baş verənlər qeydə alınıb.

Kamera görüntüləri əsasında sürücüyə rəsmi protokol açılıb. Həmin ərazidə hərəkəti nizamlayan yol polisi əməkdaşı bunu görüb və sənədləşdirib. Qaydanı pozan hər bir sürücü qanunveriliciyə uyğun olaraq cərimə olunur", - deyə Vaqif əsədov bildirib.

Ziya SƏCCAD
BAKU.WS