Xəbər verdiyimiz kimi, Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə müraciət edən Elnarə adlı qadın, qızı Mələyin yaşaması üçün müraciət etmişdi.

BAKU.WS-in məlumatına görə, həkimlərin 3 ay ömrü qaldığı dediyi Mələk hazırda Türkiyədədir və çox riskli əməliyyat keçirib. Onun əməliyyatı üçün 5 gün ərzində 51.428 dollar vəsait toplanmışdı.

Mələyin qanında mikrob olduğu üçün əməliyyatı gecikirdi. Əməliyyatdan sonra 3 yaşlı balacanın xəstəxanada çəkilən görüntüləri görənlərin ürəyini parçalayır.

Hər kəsin yaşaması üçün dua etdiyi Mələk ölümlə mübarizə aparır.

Abbas
BAKU.WS