SİZİN REKLAM BURADA!
055 213 76 73



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Sumqayıt şəhəri şadlıq evlərində atmosferə atılan zərərli qaz qarışıqlarının yol verilən həddən artıq olması müəyyən olunub.


Nəticədə 3 şadlıq evinin sahibi hər biri 2500 manat məbləğində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən cərimə olunub.


İdarədən bildirilib ki, may ayında Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən şadlıq evlərinin və ictimai- iaşə obyektlərinin rəhbərliklərinə atmosfer havasına atılan zərərli maddələrin normallaşdırılması məqsədi ilə müasir qurğu və avadanlıqların quraşdırılmasından ötrü xəbərdarlıq məktubları verilib.


Xəbərdarlıqdan sonra vəziyyəti yoxlamaq üçün reydlər davam etdiriləcək.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


BAKU.WS