SİZİN REKLAM BURADA!
055 213 76 73



Yeni Azərbaycan Partiyası internat məktəbində böyüyən Fikrət və Aytac adlı cütlüyə toy təşkil edib.

BAKU.WS-in musavat.com-a istinadla verdiyi məlumata görə, yeni qurulan ailəyə bir otaqlı mənzil də hədiyyə edildi. Mənzilin açarlarını Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov toyda şəxsən təqdim etdi.

Amma ondan əvvəl gəncləri təbrik edib, möhkəm ailə arzuladı:

"Hər şeydən əvvəl sizə möhkəm ailə arzulayıram. Bundan sonrakı həyatınız həmişə sizə sevinc bəxş etsin! Güman edirəm, bu qədər insanların xeyir-duası ilə qurulan ailə möhkəm olacaq və xoşbəxt yaşayacaqsınız. Xüsusi ilə onu qeyd etmək istəyirəm, bizim ölkədə heç kim tək, köməksiz deyil. Bu toyun mənası da ondan ibarətdir ki, iki gənc birləşib ailə qurur, bundan sonrakı ömürlərini birləşdirirlər. İkinci mənası da ondan ibarətdir ki, cəmiyyətimiz bir daha öz birliyini, kömək göstərmək imkanını, istəyini göstərir. Bu da cəmiyyətimizi birləşdirən, onu güclü edən amillərdən biridir. Bu birinci hal deyil. Sonuncu da olmayacaq. Arzu edirik, bütün gənclərimiz evlənə bilsinlər, ailə qursunlar, ev-eşik sahibi olsunlar. Bir halda ki, toy olur, ailə qurulur, orada gərək ev də olsun. Və mən istəyirəm, bu gün sizin də iştirakınız ilə bu gənc ailənin evinin açarını onlara təqdim edib. Artıq onların öz evləri də var. Bir daha təbrik edirəm. Qoy bu ev sizin xoşbəxtlik ocağınız olsun. Xoşbəxt olun! Bundan sonrakı həyatınızda da imkanımız daxilində sizə kömək etməyə hazırıq. İnanırıq ki, cəmiyyətimizin gözəl ailələrindən biri olacaqsınız. Övladlarınız, uğurlu gələcəyyiniz olacaq. Biz də sizin uğurlarınıza, xoşbəxtliyinizə baxıb sevinəcəyik".

BAKU.WS