SİZİN REKLAM BURADA!
055 213 76 73



İctimai fəal Bəxtiyar Hacıyev “Azercell” şirkətini ittiham edib. 

BAKU.WS-in məlumatına görə, Bəxtiyar Hacıyev mobil operatoru abonentlərin fərdi məlumatlarını internetdə yayılmasında günahlandırır. 

İctimai fəalın iddialarını təqdim edirik:

"Azercell ilə bağlı qalmaqallı faktı açıqlamağın vaxtı çatdı. Onlar bütün iradlara "qanun pozmuruq" deyə cavab verirlər. Ciddi qanun pozuntusu, fərdi məlumatların qorunmaması ehtimalı olan bir faktı açıqlamağın vaxtı çatıb.

Facebook 2.2 milyard istifadəçisindən cəmi 50 milyonunun (~2 faiz) hansısa (!) fərdi məlumatlarını bircə şirkətə sızdırmışdı, xeyli problemlərlə üzləşdi. Azercellin isə təxminən 4 milyon abunəçisinin bütün fərdi məlumatları - nömrə, ad, soyad, ata adı, ünvan, şəxsiyyət vəsiqəsi, pasport nömrəsi, doğum tarixi və s. internetdə, əllərdə gəzir. Zəng edib, buna açıqlama almağın vaxtı çatdı. 4 ay əvvəl müraciət etmişdim ki, bizim məlumatlar niyə internetdə gəzir, cavab vermədilər. Nə də müştərilərin xeyrinə hansısa islahatlar etmədilər. Birlikdə zəng edək,o bazanı canlı yayımda nümayiş etdirək, soruşaq, görək nə deyirlər?"

“Azercell” şirkətinin nümayəndəsi isə ittihamların qeydiyyata alındığını və faktla bağlı qısa müddət ərzində araşdırma aparılacağını bildirib. 

Abbas
BAKU.WS