SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın 1-ci kanalı məşhur sovet rejissoru, SSRİ Xalq artisti Leonid Qaydayın 95 illiyinə həsr olunmuş proqram hazırlayıb.

BAKU.WS-in məlumatına görə, proqramın bir hissəsi Bakıda hazırlanıb. Rejissorun ən sevilən filmlərindən olan "Brilliant əl" filminin çəkilişlərinin baş tutduğu paytaxtımız, əsasən də İçərişəhər tamaşaçılara nümayiş etdirilib.

Azərbaycanlı jurnalist Səbinə İsmayılova filmin çəkildiyi məkanları rus həmkarlarına nümayiş etdirib. Çəkiliş heyəti filmin motivləri əsasında yaradılmış kafedə də olublar.

Tuncay
BAKU.WS