SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi səkkiz il ötür.

Keçmiş sovet hakimiyyətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

BAKU.WS "Azərbaycanın müstəqillik tarixinin şanlı səhifələrindən biri olan “20 Yanvar” hadisəsində dünyasını dəyişən insanlar şəhid sayılır yoxsa qurban?" sualı ilə paytaxt sakinləri arasında sorğu keçirdi. Respondentlərin çoxu bu suala özünəməxsus şəkildə cavab veriblər! Kimi onları şəhid, kimi də qurban adlandırıb.

Allah bu hadisələr zamanı dünyasını dəyişən insanlara rəhmət eləsin, yaxınlarına və əzizlərinə səbr versin! Amin!

Rəşad Əliyev
BAKU.WS